Şəhərimizdə qonaq olan Türkan Şoray xalq artisti Arif Məlikovla görüşüb.
Arif Məlikov Teleqraf.com-a açıqlamasında Türkan Şorayla illər əvvəl tanış olduğunu deyib: “Hər zaman Türkiyəyə gedəndə görüşürük. Özü insanlarla görüşməyi çox sevir, mehribandır. Arada "vurmağa" da getmişik. Orada yüngül şərab içməyə normal baxırlar. Yaxın günlərdə görüşə bilməyəcəyik. 10-15 gündən sonra ona birlikdə çəkdirdiyimiz fotoları seçib gödərəcəm. Çox gözəl qadındır. Atası da bəstəkar olub”.
Türkan Şoray isə bəstəkarın ünvanına xoş sözlər deyərək fotoları göndərməyi xahiş edib.
Rəqsanə