18 Noyabr 2016 18:13
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam “Solo+” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, sənətçi Türkiyə şou-biznesinə qatılmaq istəməməsindən danışıb: “Atam-anam, yoldaşım burdadır, mənim Türkiyədə nə işim var? Heç vaxt oranın şou-biznesinə qatılmağı düşünməmişəm. Bu mənim üçün risk deyil. Türklər onların şou aləminə kənar adamın gəlməsini sevmir, bizi qəbul etmirlər.

İki-üç il bundan əvvəl Çelik Azərbaycana gəldi. Dedi ki, “Azərbaycandakı şou-biznes mənlikdir”. Bunu eşidəndə beynim çöndü ki, bu nə danışır? O bizə qalib gələ, qarşımızda heç nə edə bilməz. Gəldiyi kimi də, biletini alıb geri qayıtdı. Bizimkilər türk mahnılarını elə oxuyur ki, seçilmir. Onlar bizim mahnıları oxuya bilirmi?”.


Müəllif:

Oxşar xəbərlər