19 Noyabr 2016 13:04
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəli, sevgilim var. Sevgilimdən enerji, hörmət, sevgi alıram və bu qarşılıqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu əməkdar artist Röya “Qadına görə” verilişində etiraf edib.

O, güclü qadın olduğunu, amma yaşlanmaqdan qorxduğunu da deyib:

“Güclü qadınam. Məni güclü edən bəlkə də kiməsə inanmağım, insanlara sevgimdir. Adam var, aldanandan sonra daha insanlara inanmır. Mən elə deyiləm.

Elə bilirlər hər ay, hər il sənin həyatında təzə kimsə var. Amma bir şeyi başa düşmürlər ki, sən nə qədər tanınırsansa, bir o qədər qorxursan.

Yaşlananda nə edəcəm? Oğlum Hüseyn evlənəcək, dostları ilə gəzməyə gedəcək. Deyəcəm, evə gəl, gəlməyəcək. Bunları düşünəndə bir az qorxuram”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər