21 Noyabr 2016 12:24
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın anası əməliyyat edilir.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova sosial şəbəkədə foto paylaşaraq anası üçün dua istəyib: “Anam mənim dünyamdır. İllərdir dərdləri içində boğulub, bizə atasızlığı hiss etdirməyib. Hansı ki, ayaq üstə, durmadan gecəsini gündüzə qatıb, bizi əzab-əziyyətlə böyüdüb. Əməliyyat olunan ayaqlarında problem var idi, yeriyə bilmirdi. Həm də şəkər xəstəliyindən əziyyət çəkir. Onun əziyyətlə yeriməyini görəndə içim qan ağlayırdı. Əməliyyat etdirmək istəmirdi. Mən məcbur etdim. Heç həyatda belə çarəsiz olmamışam. Ağzımda dilim quruyub. O sızıldayan ayağına qurban olum, Ana. Onu artıq əməliyyata apardılar. Bizə Allah kömək olsun!”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər