Məşhur türk sənətçisi Gülben Ergenin həyat yoldaşı Erhan Çelikdən ayrılması ilə bağlı yeni iddia ortaya atılıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni iş adamı ilə görüşürmüş.
Sənətçi xəyanət iddialarına belə cavab verib: “Bu, nə deməkdir. Mən evli olanda belə xəyanət iddialarını dilə gətirənlərə cavab vermədim. Evliliyimizin bitməsinə görə kədər içindəyəm. Övladlarımı bu problemlərdən uzaq tutmaq üçün tətilə çıxıram”.
Məhkəmə dekabrın 2-də baş tutacaq.
Rəqsanə