Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova Türkiyədə evlənib.
Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova Antalyada Arif Səlçuk adlı şəxslə nikah masasına əyləşib. Aktyor Arif Selçuk hər iki dövlətin prinsipini müdafiə etdiyini deyib: “Azərbaycan insanının qonaqpərvərliyi, mədəniyyəti bizə bənzəyir. Azərbaycanın ən sevilən sənətçisi Cavanşir Məmmədovun da kürəkəni olmaqdan qürur duyuram. İnsanlarımızın qonaqpərvərliyini, bir yerdə yaşamaq mədəniyyətimizi, yerli yeməklərimizi və xüsusilə də künefeni çox sevdilər”.
Arif Selçuk 2007-ci ildə “Asi” serialına çəkilib. Aktyor müxtəlif teatr, serial və kino filmlərə çəkilib.
Rəqsanə