22 Noyabr 2016 15:24
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan Azərbaycan əsilli stilist Nazilə Mehdiyeva erməni əsilli Goar Avetisyanın İrəvanda keçirilən toyuna gedib.

Teleqraf.com xəbər verir ki, tənqid edilən Nazilə Mehdiyeva instaqramda ittihamlara cavab verib: “Bu gün haqqımda qalmaqallı fikirlər yer alıb. Mən Rusiya vətəndaşıyam. Azərbaycana və Ermənistana gedə bilərəm, heç kim heç nə deyə bilməz. Bu məsələyə münasibət bildirməzdim. Amma ailə üzvlərimə, övladlarıma toxunurlar, əsəbiləşirəm.

Bəli, qanım təmiz azərbaycanlı qanıdır. Rəfiqəmin toyuna getməyim sizi niyə bu qədər narahat edir? İdmançılar, siyasətçilər, adi insanlar İrəvana gedə bilir, onda niyə susursunuz? Özünüzdən sirk yaratmayın, siz insansınız, qoyun sürüsü deyilsiniz. Xahiş edirəm, öz fikriniz olsun, siyasətdən asılı olmayın. Mən rəfiqəmin toyuna getmişəm, burda nə var? Bir insan yaxşıdırsa, amma milliyəti ermənidirsə, onunla münasibət qurmaq olmaz?

Məgər, torpağınızı o insan əlinizdən alıb? Sizin əsgərlərinizi şəxsən o öldürüb? Bəsdirin, biz sakitlik, xalqımız arasında sülh istəyirik. Siz isə məni tanımadan ləkələyirsiniz. Öz yazdıqlarınızı özünüz oxuyun. Mən Ermənistana getdim deyə pis oldum, siz isə yaxşı? Baxın, ağzınızdan zir-zibil tökülür”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər