Bir müdət öncə ayrılmaq qərarı alan Türkiyənin məşhur cütlüyü Safiyə Soyman və Faiq Öztürk canlı yayımda barışıblar.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, canlı yayında Safiya Soymana evlilik təklifi edən Faiq Öztürk göz yaşlarına hakim ola bilməyib. O, həmçinin cütlüyün bir ay ayrı qalmağının səbəblərindən danışıb. Onun sözlərinə görə, əsas səbəb Öztürkün xəstə olması olub: “Bunu ilk dəfə açıqlayacam. Bir həftə xəstəxanada qaldım. Biopsiya olundum və çox ağır günlər keçirdim. Tualetə belə gedə bilmirdim. Həkimlərin 70-80 faizi xərçəng xəstəsi olduğumu dedilər, amma analizin nəticələri təmiz çıxandan sonra rahat oldum. Xəstəxanada qalanda Safiyəyə bir məktub yazdım. Problemlərimi, sıxıntılarımı həmişə özüm həll etmişəm, ona görə o müddətdə də tək qalmağı seçdim. Safiyənin çox şeydən xəbəri yox idi”.
Pərvin