22 Noyabr 2016 17:38
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar bir çox firmanın reklamına çəkilən 26 yaşlı model İskra Lourens Nyu- York metrosunda soyunub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, model qatarların birində paltarlarını soyunaraq, təsirli çıxış edib.

O, çıxışında insanları özlərini sevməyə, hörmət etməyə səsləyib və yalnız bununla həyatdan zövq ala biləcəklərini dilə gətirib: “Bir vaxtlar gözəllik standartlarına uyğun gəlmədiyimə görə özümə nifrət edirdim. Bu, toplumun media üzərindən bizə yönəldilən bir standartıdır. Xahiş edirəm, özünüzü olduğunuz kimi qəbul edib sevin”.

Model çıxışını bitirən kimi paltarlarını geyinib, hamıya təşəkkür edərək qatardan düşüb.

Pərvin


Müəllif:

Oxşar xəbərlər