22 Noyabr 2016 22:39
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktyorlar Sarp Levendoğlu, Emre Kızılırmak, Təhminə obrazı ilə məşhurlaşan türk aktrisa Meral Konrat Türk Film Həftəsinin açılış mərasimində iştirak etmək üçün Bakıya gəliblər.

Teleqraf.com xəbər verir ki, film həftəsi çərçivəsində Sarp Levendoğlunun baş rolda çəkildiyi "Deliormanlı" filmi nümayiş olunacaq. Filminə Bakıda azərbaycanlı tamaşaçılarla birgə baxmaqdan zövq alacağını deyən Sarp Levendoğlu ilk dəfə paytaxtımıza gəldiyini və şəhərimizi bəyəndiyini dilə gətirib.

Emre Kızılırmak Bakıda çox üşüdüyünü deyib: "Çox yorğun olduğumuza görə şəhərinizi çox gəzə bilmədik. Amma gördüyüm qədər çox gözəldir. Bir də Bakı çox soyuq imiş. Qış İstanbuldan öncə Bakıya gəlib. Hələ ki, burdayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə daha çox gəzərik. Burda çox səmimi qarşılandıq. Təəssüflər olsun ki, indiyə qədər heç bir Azərbaycan filminə baxmamışam. Buna görə çox üzülürəm. İşlərimizin çoxluğundan qonşu ölkələrin filmlərini izləmə imkanımız olmur. Amma bu gələcəkdə də izləməyəcəyim anlamına gəlməməlidir".

Mətbəximizi də bəyəndiyini deyən aktyor burda daha çox paxlava yediyini deyib.

Meral Konrat yenidən Bakıya gəlməkdən məmnunluq duyduğunu deyib: "Bakını çox sevirəm. Azərbaycanın qəlbimdə çox özəl yeri var".

Nərmin


Müəllif:

Oxşar xəbərlər