24 Noyabr 2016 18:05
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə qonaq olan Türkiyənin məşhur aktrisası Meral Konrat İTV-nin qonağı olub.

Teleqraf.com xəbər verir ki, Meral Konrat canlı yayımda Nurlan Növrəslinin ifa etdiyi mahnıya Azərbaycan rəqsi ilə müşayiət edib.

"Təhminə" filmində "Spartak" obrazını canlandıran əməkdar artist Füzuli Hüseynov da Meralı tək qoymayıb. Meral Konrat ilk dəfə canlı efirdə rəqs etdiyini deyib.

Meral Konrat Bakıya Türk Filmləri Həftəsində iştirak üçün gəlib.

Qeyd edək ki, "Təhminə" filmində Zauru oynamış Fəxrəddin Manafov Türk Filmləri Həftəsinə dəvət edilsə də, tədbirdə iştirak etməyib. İkilinin münasibətinin korlanmasına səbəb Meral Konratın xalq artisti Zülfiyyə Xanbabayevanın “Mənimləsən” klipinə çəkilməsi olub.

Meral Konrat Bakıya “Təhminə 2” filminin çəkiləcəyi üçün gəldiyini və aldadılaraq klipə çəkildiyini iddia edib. O, Fəxrəddin Manafovun sözlərinə inandığını deyib.

Rəqsanə


Müəllif: