25 Noyabr 2016 08:52
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Ancelesdə yaşayan italiyalı aktrisa Paola Saulino maraqlı açıqlaması ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, o, İtaliyada keçiriləcək referendumda "yox" səsi verən hər kəslə yatağa girəcəyini bildirib.

Daha sonra İnstaqram səhifəsində seksual fotolarını paylaşan 27 yaşlı aktrisa belə bir status da yazıb:

"Gözəl bir "hədiyyə" vermək üçün hələ də şansım var. Sözümdə duracağam".

Qeyd edək ki, dekabrın 4-də İtaliya İtaliya konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum keçiriləcək.

Britaniyadan sonra İtaliyanın da Avropa Birliyini tərk etməsi referendumun nəticəsindən asılı olacaq.

Həmin vaxtı. Əgər referendumda “Xeyr” üstünlük təşkil edərsə, o zaman İtaliya da Avropa Birliyi üzvlüyündən çıxa bilər. Çünki İtaliyada keçiriləcək 4 dekabr referendumunda İtaliyanın indiki Baş naziri Matteo Renzinin hökumətdə qalıb-qalmaması müəyyən olunacaq.

Əgər Matteo Renzi baş nazirlikdən gedərsə, o zaman onun yerinə İtaliyanın Avropa Birliyinə üzvlüyü əleyhinə olan “Beş ulduz” Hərəkatının gəlməsi gözlənilir. Hətta, sözügedən hərəkat hakimiyyətə gəldikləri təqdirdə, İtaliyanın Avropa Birliyini tərk etməsi məsələsinin aktuallaşacağını bəyan edib. Bu baxımdan da İtaliyada keçiriləcək 4 dekabr referendumu vacib əhəmiyyət daşıyır.








Müəllif:

Oxşar xəbərlər