"Klon" serialı ilə dünya şöhrəti qazanan Vera Fişer son zamanlar sosial şəbəkələrdə aktivləşib.
Axşam.az-ın məlumatına görə, Braziliyanın ən məşhur aktrisalarından sayılan, 16 yaşından model biznesinə qoşulan Vera 1969-cu ildə ölkəsinin gözəli seçilib.
Hazırda 65 yaşı olan V.Fişer son illər film və seriallarda rol almasa da, məşhurluğunu itirməyib.
Qeyd edək ki, o, "Klon"da "İvet" adlı güclü, sevgiyə önəm verən bir qadını canlandırırdı.