Azərbaycanlı model Rüstəm Cəbrayılov 8 ildən sonra görüşdüyü dostunun fotosunu sosial şəbəkədə paylaşıb.
Teleqraf.com xəbər verir ki, bu Türk Filmləri Festivalı çərçivəsində Bakıya gələn aktyor Əmrə Kızılırmakdır. Rüstəm Əmrəylə Bakıda çəkilən fotosunu instaqramda paylaşaraq, bunları yazıb:
“8 ildən sonra böyük görüş. Qardaş, səni görmək çox xoş oldu”.
Əmrə Kızılırmak bir müddət model kimi fəaliyyət göstərib, hətta “Best model” yarışında ikinci yerə çıxıb.
Pərvin