Bu gün məşhur türk sənətçisi Özcan Dəniz və tanınmış aktrisa Nurgül Yeşilçay Bakıya gəlir.
Teleqraf.com xəbər verir ki, sənətçilər baş rolda çəkildikləri “İkinci şans” filminin qala gecəsində iştirak edəcəklər.
Özcan Denizin romantik dram janrında çəkdiyi film iki zidd xarakterli insanlar - riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Cemalın eşq hekayəsindən bəhs edir. Film Avşar film və DNZfilmin istehsalıdır.
Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Nərmin