"Canımda, qanımda yoxdur, istəmirəm ki, açıq-saçıq geyimlərim olsun. İstəmirəm söz-söhbət, qalmaqal yaradım. Bu səviyyəyə dava-dalaşsız gəlib çıxmışam. Demək, qalmaqalsız nəsə etmək olur".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Xəzər maqazin"ə açıqlamasında deyib.
İfaçı sənət aləmində yalnız bir insanla dostluq etdiyini bildirib: "İnsanın öz zövqü nədirsə, davranışda da, geyimdə də onu büruzə verir. İnsan o şəraiti yaratmamalıdır ki, ona hörmətsizlik edilsin. Onda həmin insana sən də hörmətsizlik edirsən, çıxıb gedir. Mənim yeganə dostum tarzən Humay Qədimovadır. 16 ildir dostuq. Başqaları ilə "salam, sağ ol" var, bu da kifayətdir. Çox dostunun olması yaxşı deyil, heç bir işə də yaramırlar".