28 Noyabr 2016 15:37
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk aktyor Əmrə Kınay şantajla üzləşib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hakerlər aktyorun sosial şəbəkə ünvalarına hücum edərək, Əmrə Kınaya məxsus özəl fotoqraf, video və danışıqların lent yazılarını ələ keçiriblər.

Ardınca Əmrə Kınayı şantaj edərək, 1 milyon lirə istəyiblər. Əks təqdirdə aktyora məxsus özəl foto, video və səs yazılarını sosial mediada yayınlayacaqlar.

Aktyor polisə şikayət edib.

Əmrə Kınay “İki ailə”, “Günəşin qızları”, “Günəşi gözləyərkən”, “Yeddi təpə İstanbul” kimi məşhur seriallarda çəkilib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər