29 Noyabr 2016 18:51
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Bülent Ersoy canlı yayımda reanimasiyaya yerləşdirilən kanon ifaçısı Coşkun Ərdəmdən danışarkən gərgin anlar yaşayıb.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bülent Ersoy verilişin aparıcılarından biri Helin Avşarla mübahisə edib. Onun Helin Avşara “Zati-alinizlə danışmaq maraqlısı deyiləm” deməsi Helin Avşarı hirsləndirib. Helin Avşar “Əsəbiləşəndə sözlərimə diqqət edə bilmirəm" deyib.

Verilişin digər aparıcısı Elif Güvendik Helini sakitləşdirib.

Helin Avşar Bülent Ersoyu illər əvvəl anası Emal Avşarın dəfn mərasiminə gəlmədiyinə görə bağışlamayacağını deyib. Gərginlikdən sonra Bülent Ersoy Emel Avşarın cənazəsinə gedə bilmədiyi üçün peşman olduğunu və vicdan əzabı çəkdiyini söyləyib. Helin Avşar gözyaşlarını saxlaya bilməyərək canlı yayımı tərk edib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər