4 İyul 2014 11:58
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nadir Qafarzadə Gürcüstanda çəkdirdiyi “Göndər” adlı klipini sevənlərinin ixtiyarına verib.

Teleqraf.com Axsam.az-a istinadən bildirir ki, populyar müğənni, “Ozan MW production”ın təşkilatçılığı ilə lentə alınan ekran işi haqqında danışıb:


“Bir çox həmkarlarım klip çəkdirir, ona elə bir məbləğ qoyurlar ki... Bu yaxınlarda bir müğənninin 90 min manata klip çəkdirdiyini eşitdim. Bu klipimə o qədər də böyük məbləğ xərcləməmişəm. Hətta 20 min avroya çəkdirdiyim “Pardon”dan da ucuz başa gəlib. Burada ən sevdiyim səhnə kazinoda olanlar idi”.

Qeyd edək ki, N.Qafarzadənin yeni klipində “Miss Gürcüstan 2012” qalibi Tamar Şedaniya da iştirak edib.
“Göndər”in rejissoru Elnur Əliyev, operatoru Givi Maqradze, prodüseri Altay Yaşar, meneceri Rövşən Əskərov, rəssam Mehriban Əfəndiyeva, qrim Romeo Guledani, stilist Zaur, rəqqas və rəqqasələr Maqda İlluridze, Esma Məmmədovadır.


Müəllif: