Rusiyada fəaliyyət göstərən gürcü əsilli müğənni Soso Pavliaşvili Bakıda qonaqdır.
Teleqraf.com xəbər verir ki, bu gün Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən Soso Pavliaşvili instaqramda “Bakıya gəldik. Bizi yaxşı işlər gözləyir” yazıb.
Soso Pavliaşvili Bakıya müğənni-bəstəkar Emin Ağalarovla gəlib. Konsertdən əldə edilən gəlir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara veriləcək.
Rəqsanə