30 Noyabr 2016 18:31
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin adından sosial şəbəkədə saxta profil açılıb.

Axşam.az-ın məlumatına görə, bəstəkar N.Mirməmmədli bu hadisədən çox əsəbiləşdiyini bildirib: "Bu gün xəbərdar olmuşam ki, İnstaqramda "Nailə Mirməmmədli" adında istifadəçi var. Diqqətlə fikir verib gördüm ki, hər dəqiqə paylaşımlar edilir. Elə çıxır ki, mənim işim-gücüm yoxdu, oturub, şəkillər paylaşıram. Həmin profili açan adamı axtarıram.

Tapsam, onu cəzalandıracam. Yox, fanatımdırsa, "çox sağ olsun" deyirəm, lazım deyil. Mən "Facebook"dan da istifadə etmirəm. Yalnız "Whatsapp" dan istifadə edirəm. Ona da səbəb musiqilərimi o sosial şəbəkə vasitəsi göndərirəm".


Müəllif:

Oxşar xəbərlər