4 İyul 2014 12:42
2 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimat mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycanın Əməkdar Artisti Sevda Ələkbərzadənin “İntro” musiqi albomunun təqdimatı olub və o, musiqi proqramı ilə çıxış edib.

Tədbirdə millət vəkili Asim Mollazadə, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Xalq artisti Amaliya Pənahova, Fəxrəddin Manafov, Dilarə Əliyeva, məşhur aparıcı Nərgiz Cəlilova, şoumen Murad Dadaşov, uzun müddətdir efirdə görünməyən Kamilə Babayeva, reper Miri Yusif, müğənni Samirə Allahverdiyeva və digərləri iştirak edib.

Tədbirin ən maraqlı anı isə S.Ələkbərzadənin həyat yoldaşı Kamiyarın bütün konsert zamanı onu həyəcanla izləməsi idi. O, konsert ərzində səhnə arxasından onu izləyib və tədbirin sonunda onu qucaqlayıb.

Qeyd edək ki, əməkdar artist Sevda Ələkbərzadə “İntro” musiqi albomunu anasına həsr etdiyini bildirib.

Konsertdən fotoları təqdim edirik:


Müəllif: