Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Azərbaycan xalqına təbrik ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, S.Əliyeva fotosunu paylaşaraq bunları yazıb: “Əziz dostlar! Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə möhkəm can sağlığı, xoşbəxtlik, bol-bol sevinc arzulayıram. Evinizdən, ocağınızdan ruzi-bərəkət əskik olmasın. Qoy, 2017-ci il Sizin üçün uğurlu, gözəl şad hadisələrlə yaddaqalan olsun.
Hörmətlə, Sizin Sevil Əliyeva!”