Türkiyəli müğənni Haluk Leventin pasport və gödəkcəsini oğurlayıblar.
Teleqraf.com xəbər verir ki, ifaçı pasport və gödəkcəsini tapanları seindirəcəyini vəd edib.
O, Tvitterdə "Gödəkcəmi və pasportumu tapanı işlə təmin edəcəm, istədiyi vaxt telefonda ona özəl konsert verəcəm", deyə qeyd edib.
Bundan əvvəl də pasportunu itirdiyini deyən Haluk qeyd edib ki, həmin vaxt pasportunu oğurlayan şəxs həbs olunub: "O, mənim pasportumla həbs olunmuşdu. Mənim adımla üç ay həbsdə qaldı".