5 Yanvar 2017 15:22
2 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com məşhur müğənni Elton Hüseynəliyevin həyat yoldaşı, prodüser Tamilla xanımla müsahibəni təqdim edir.

- Tamilla xanım, müğənninin həyat yoldaşı olmağın prestijləri nələrdir?

- Müğənni tanınır və çoxlu pərəstişkarı olursa, həyat yoldaşı da maraq dairəsində olur. Maraqlı bir hissdir.

- Elton bəy necə həyat yoldaşıdır?

- Müğənnidir, daim qaçaqaçdadır. Qəlbi çox təmizdir. Təbii ki, səbirsiz və çətin xasiyyətli insandır. Sənətdə olan insanlar kaprizli olurlar. Onu hər halı ilə qəbul edirəm və ona görə də mənə müğənninin həyat yoldaşı olmaq çətin gəlmir.

- Elton bəy yenidən Aygün Kazımova ilə barışdı və duet ifa etdi. Siz həyat yoldaşınızın kiminlə duet oxumasını istərdiniz?

- Eltonun məşhur türk müğənnisi Sibel Canla duet oxumasını istəmişəm. O xanımın özünü və sənətini bəyənirəm. Düşünürəm ki, Eltonla duet oxusa, çox maraqlı olar. Bu, mənim arzumdur və bir gün həyata keçər, inşallah.

- Elton bəy sizə hər hansı qadağası varmı?

- Elton bəyin xasiyyətini bildiyim üçün onun xasiyyətinə uyğun addım atıram. Açıq-saçıq geyinənləri sevmir. Amma mənə deməyib ki, filan paltarı geyinmə! Sadəcə, onun xasiyyətinə uyğun hərəkət etməyə çalışıram.

- Hər ikiniz işləyirsiniz. Bəs övladlarınıza kim nəzarət edir?

- Bəli, köməkçimiz var. O xanım 18 ildir bizimlə yaşayır. Hər işimə kömək edir. Sağ olsun, qaynanam da kömək edir. Uşaqlarım axşama kimi məktəbdə olurlar.

- Tamilla xanım, bir müddət əvvəl ailənizdə problem yaşadınız. Ailəni qorumaq daha çox kişinin, yoxsa xanımın üzərinə düşür?

- Düşünürəm ki, ailəni qorumaq daha çox qadının üzərinə düşür. Nə qədər desələr ki, qadınla kişi bərabərdir, elə deyil. Biz Azərbaycanda yaşayırıq. Elton müğənnidir. Ona görə bəzi şeylərdən keçmək mənim üzərimə düşür. Ümumiyyətlə, səbr gözəl şeydir.

- Ailənizin yenidən bir araya gəlməsinə inanırdınızmı?

- Özüm də Eltondan ayrıldığıma inanmırdım. Amma hər zaman barışacağıma ümid edirdim. O vaxt çox pis vəziyyətdə idim. Çox şükür, hazırda hər şey yaxşıdır. Elton həyatda ən gözəl şeylərə layiqdir.

- Elton bəyin münasibətdə olduğu xanım kim idi?

- Məni tanıyan insanlar deyirlər ki, niyə ona heç nə etmədin? O xanım mənə maraqlı deyildi. Elton sənətçidir və həyatda xırda məsələlər olur. Əsas odur ki, ailəsinin, balalarının yanındadır.

- Fədakar xanımsınız?

- Bəli, fədəkar insanam. Məni yaxından tanıyan insanlar bilirlər ki, Eltonun telefonuna belə əl vurmuram, dır-dır eləmirəm. Çünki bilirəm ki, sənətdədir və sənətkardır, dostları var.

Xasiyyətcə təkliyi sevən və hər şeydən çox tez bezəndir. Psixologiya fakültəsini bitirmişəm, o, mənə həyatda möhkəm dayanmağa kömək edir. Ailəmizin bərpası üçün Elton naz eləmədi, özü bərpa elədi. Ailəsini də tərk etməmişdi. Yəqin bu hadisə olmalı idi ki, bir-birimizin dəyərini daha çox başa düşək.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər