Aktyor Rüzgar Erkoçlar canlı yayımda şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Star TV-də yayımlanan "Duymayan Kalmasın" proqramına qatılan aktyor 4 aydır gözəl bir xanımla bərabər olduğunu və sevgilisinin onu çox qısqandığını bildirib.
Əvvəlki münasibətlərində dəfələrlə xəyanətlə qarşılaşdığını söyləyən Erkoçlar belə deyib: "Dəfələrlə aldadılmışam. Onları Allaha həvalə edirəm".