Nizami Kino Mərkəzində "Dönərsə sənindir" komediya filminin qala gecəsindən sonra türkiyəli sənətçilər Murad Boz, Yasemin Allen və İrem Sak mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
-Murad bəy, film sahəsində fəaliyyət göstərməyə başladınız. Səbəb film sahəsinə maraqdır, yoxsa pul qazanmaq?
- Türkiyədə belə bir söz var "Axarkən dolduracam". Kariyeramda filmin də olmasını istəyirdim. Çünki filmləri çox sevirəm. Filmləri kinoteatrlarda izləyənlərdən biriyəm. Filmə çəkildikdən sonra davamı gəldi. Ondan sonra film sahəsində də fəaliyyət göstərmək istədim. Təbii ki, əsl sənətim mahnı oxumaqdır.
- Filmdə Yasemin xanım məşhurlqudan başı dönən insan xarakterini canlandırır. Bu həyatda da belədir?
- Bu kənardan elə başa düşülə bilər. Mən "Selin"in elə bir insan olduğunu düşünmürəm. Tanındıqca elə hallar yaşana bilər, amma Muradı soruşursunzsa, elə bir insan deyil.
- Filmdə Yasemin xanımla Murad Bozun ayrılması zamanı çəkilən səhnəni tam görə bilmədik. Səbəb?
- Murad dedi ki, mən başqasını sevirəm. Bu haqda film çəkilişində də danışmışdıq, filmin davamı çəkilsin, yoxa belə qalsın və s. Səhnənin belə bitməsi və maraqlı qalması daha çox xoşumuza gəldi.
- Həyatda daha çox xanımlar sevgi əzab çəkirlər. Amma filmdə Murad bəy sevgi acısı çəkən obrazı canlandırır. Maraqlıdır, real həyatda sevgi əzabı çəkən kişilər varmı?
- Məncə qadınlar qədər kişilər də sevgi acısı çəkir. Canlandırdığım Mehmet obrazı da onun bir örnəyidir. Mən həyatda o vəziyyətdə olub, depressiyaya düşsəydim, həmin an Sezen Aksunun mahnılarını dinləməzdim.
- Filmin ən çətin səhnəsi hansı idi?
Yasemin: Selinə başqasını sevdiyi zaman çəkilən səhnə...(gülür).
Murad: Dostlarım Türkiyənin çox önəmli aktyorlarıdır. Mən hər zaman komedik obrazlarda oynayıram. Dramatik obrazda oynamamışam. Ona görə də bəzi səhnələrdə çətinlik çəkdim.
Amma hər iki aktrisa mənə çox kömək etdilər.
- Hər zaman romantik komediya janrında çəkilən filmlərdə oynamısınız. Gələcəkdə dramatik obraza çəkilmək istərdinizmi?
Murad: Bəli, romantik komediyada çəkilirəm. Aktyorluq çox çətin sənətdir. Təbii ki, komediya janrında çəkilən filmlərdə oynamaq asan deyil. Amma dramatik obrazda oynamaq üçün çox çalışmaq lazımdır.
- Filmdə öpüşmə səhnələri çox idi. Bu hər iki tərəf üçün problem yaşatmadı ki?
Murad: Biz normal öpüşmürdük(gülür). Yanağımdan öpüb...
- Filminizin Azərbaycanda başqa hansı ölkədə qala gecəsi keçiriləcək?
- Murad: Türkiyədə qala gecəsi keçirilib. Sabah isə Antaliyada təqdimatı baş tutacaq.
- Filmə tamaşaçı marağı sizi qane edirmi?
- Murad: Biz çox məmnunuq. Həqiqətən da yaxşı film çəkdiyimizə inanırıq. Siz də filmimizi sevsəniz çox şad olarıq.
Rəqsanə