7 Yanvar 2017 12:39
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda gənc müğənni Damla Məmmədovanın keçmiş həyat yoldaşı Ceyhun Əliyevin terror hadisəsinə görə həbs edildiyi haqqında xəbər yayılıb.

Məsələ ilə bağlı Teleqraf.com-un əməkdaşı Damla Məmmədova ilə əlaqə saxlayıb.

İfaçı həyat yoldaşı haqqında səsləndirilən ittihamları təkzib edib: “Nə mənim qardaşım terroristdir, nə də keçmiş həyat yoldaşımın terrorla əlaqəsi var. Əbu Bəkr məscidi partladılan ərəfədə həyat yoldaşımla ailəli idim. Belə bir hadisə olmayıb. O, terrorla əlaqəsi olmayan başqa maddə ilə həbs edilib.

Həyat yoldaşımdan 8 ildir boşanmışam. Həmin ərəfələrdə həbs həyatı yaşayıb. O, övladımın atasıdır. Mətbuatda belə yanlış xəbərlərin yazılmasını istəmirəm. Çünki uşağım pis olur.

Məni sevənlərimi üzməyə heç kimin haqqı yoxdur. Yayılan xəbərlər tamamilə yanlışdır. Bunu məni gözə götürməyən insanlar edirlər. Hazırda həyat yoldaşımla heç bir əlaqəm yoxdur”.

Qeyd edək ki, bu haqda məlumatı Ölkə.az saytı yayıb. Sənətçinin keçmiş həyat yoldaşı Ceyhun Əliyevin Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs edildiyi bildirilib. Damlanın qardaşının da sözügedən qruplaşmada fəaliyyət göstərdiyi və hazırda axtarışda olduğu qeyd edilib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər