7 İyul 2014 13:59
788

Ötən həftə efirə gedən “Sevimli şou” verilişinin reklam fasiləsində tanınmış müğənnilər Cavad Rəcəbov və Qədir Qızılsəs (Məmmədov) əlbəyaxa olublar.

Bu haqda verilişdə tamaşaçı qismində iştirak edən şəxslərdən biri məlumat yayıb.

Aznews.az məsələ ilə bağlı sözügedən verilişin aparıcısı Mikayıl Güləddinoğlu ilə əlaqə saxlayıb. M. Güləddinoğlu məlumatı qismən təsdiqləyərək bildirib ki, hər şey efirdən əvvəl sənətçilərin bir-birinə salam verməməsindən başlayıb: “Qonaqlarım adətən verilişdən yarım saat əvvəl gəlirlər. Ötən yox, ondan əvvəlki verilişdə gördüm ki, bunlar bir-birinə salam vermədilər. Bu məqam mənim gözümdən yayınmadı. Canlı yayımda soruşdum ki, bir-birinizi tanımırsınız? Cavad Rəcəbov Qədir Qızılsəsdən soruşdu ki, mənim adımı bilmirsən? Qədir də bildirdi ki, bilirəm, adın Rəcəbdir. Cavad da bundan əsəbləşdi. Cavadın da bu sualı Qədiri əsəbləşdirdi. Ardınca Rəcəbov bildirdi ki, Qədir, sən mənim mahnılarımdan bəhrələnmisən”.

Teleaparıcı bildirib ki, efirdə baş verən bu mübahisə reklam zamanı müğənnilərin bir-birinə hücum etməsilə nəticələnib: “Reklam fasiləsində hər ikisi çox aqressiv halda ayağa qalxdılar və bir-birinə cummaq istədilər. Amma təbii ki, mən imkan vermədim. Kimsə kimisə vurmadı. Lakin çox kəskin şəkildə cavablar oldu”.


Müəllif:
Загрузка...