Məşhur model və aktrisa Emili Ratajkovski "Qızıl qlobus"un mükafatlandırma mərasimində açıq-saçıq geyimi ilə diqqət çəkib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərasimdə 25 yaşlı model-aktrisa alt paltarını nümayiş etdirib.
Robin Tik 2013-cü ildə "Blurred lines" mahnısına çəkdirdiyi klipində rol alaraq məşhurlaşan Emili sarı libası ilə göz oxşayıb.
Qeyd edək ki, hər zaman geyindiyi libaslarının açıq-saçıqlığına görə Emilini "Çılpaq gözəl" adlandırırlar.