“Məni heç kim sevmir. İstəyirəm sevgilim olsun, çox yalnız qaldım".
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” verilişində söyləyib.
İfaçı sevgilisi olmadığını deyib, tənhalıqdan şikayətlənib.
“Şəxsi həyatımda heç bir yenilik yoxdur. Sevgi elə bir güclü hissdir ki... Düşünürəm ki, ondan güclü şey yoxdur. Sevgisiz heç nə alınmır”.