“Qəbələ” futbol klubu qış təlim-məşq toplanışı məqsədilə bu gün axşam Türkiyənin Antalya bölgəsinə yola düşəcək.
Teleqraf.com xəbər verir ki, komanda səhər saatlarında yola düşməyi planlaşdırsa da, İstanbulda əlverişsiz hava şəraiti olduğundan təyyarələrin uçuş qrafiklərində dəyişiklik edilib. Təxirə salınan Bakıdan İstanbula uçuş saat 20:50-ə nəzərdə tutulub. Ardından komanda gecə saat 02:40-da İstanbuldan Antalyaya yola düşməlidir.
İyirmi nəfərlik heyətlə qardaş ölkəyə təlim-məşq hazırlığına yola düşəcək komandanın tərkibinə yerli futbolçular, inzibati heyət və məşqçilər daxildir. Legioner futbolçular və baş məşqçi Roman Qriqorçuk öz ölkələrindən Antalyaya yollanacaqlar.