Məşhur aparıcı Xoşqədəm Hidayətqızı ad gününə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, tanınmış aparıcı sosial şəbəkədə bu şərhi yazıb: "Doğum günümə iki gün qaldı. Bir həftədir, özümü dərk etdiyim gündən, keçdiyim həyat yoluma, qarşılaşdığım çətinliklərə nəzər saldım. Qazandıqlarımla bərabər itirdiklərim də var. Şükür olsun Allahıma, həyatdayam, sağlamam və sevdiklərim yanımdadır. Yəni ki, dostlar, bir gün sahib olduğunuz pulu və işinizi itirə bilərsiniz. Əsas odur ki, sevdiklərinizi və sağlamlığınızı itirməyəsiniz. Gerisi asandır".
Rəqsanə