11 Yanvar 2017 13:06
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimovanın televiziyaya çıxışına qadağa qoyulub.

Flora Kərimova Teleqraf.com-a açıqlamasında qadağanı xalq artisti Zeynəb Xanlarova ilə əlaqələndirib: “Yaxın günlərdə Zeynəb Xanlarovanın ünvanına tənqidi sözlər demişdim. Buna görə kanallarda çıxışıma qadağa qoyublar. Belə etməklə məni susdura bilməz. Ona cavab vermək borcumdur. Məndən qorxur deyə belə addımlar atır. İndiyə qədər məni ekrandan çıxarıb, kimlər nə əldə ediblər ki, o da nəyəsə nail olsun. 76 yaşında sənətdə yerini tutmuş bir insana kimlərinsə əli ilə qadağa qoymaq düzgün deyil. Bu gün-sabah o dünyalığam. Hələlik bu haqda heç kim mənə müraciət etməsin. Çünki çox geniş açıqlamalarım olacaq”.

Aylin


Müəllif:

Oxşar xəbərlər