11 Yanvar 2017 13:20
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim stilistim Gülnarə İlyasovadır, xanımımdır. Məni elə qəşəng geyindirir ki...”

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rəşad İlyasov deyib.

İfaçı bildirib ki, onun stilisti xanımıdır: “Mən çox pul xərcləyib, az nəticə əldə edirəm. Amma o elə düz-qoş edir ki, gözəl alınır. Əslində xanımım modelyer yox, həkimdir. Sadəcə bu işi bilir. Mən ona, o da mənə məsləhətlər verir”.

Yaradıcılığından danışan R.İlyasov bildirib ki, yeni mahnılar hazırlayır: “Toylarda çox eşidilən bir fars mahnısı üzərində işləyirəm. 1980-ci ildə onu Nisə Qasımova da oxuyub. “Cahargah” muğamı üstündədir. Hər zaman bu mahnıları tədbirlərdə oxuyanda görürük ki, təlabatlıdır. Ona görə də qərar verdim ki, onu repertuarıma daxil edim. Bir də Mikayıl Vəkilov mənim üçün yeni mahnı yazıb. Hazırda onun üzərində çalışıram".


Müəllif:

Oxşar xəbərlər