Əməkdar artist Rühəngiz Allahverdiyeva yenə geyimi ilə diqqət çəkib.
Axşam.az-a açıqlama verən müğənni bildirib ki, paltarlarının dizaynını özü verir: “Sənət dostlarım arasında da, adi insanlardan da məndən geyimlə bağlı məsləhətlər alanlar olub. Tanınmışların adını deyə bilmərəm. Amma adını desəm, şoka düşərsiniz. Toylara, tədbirlərə uzun libasları ilk mən gətirmişəm. Düzdür, mənimkilər daha qabarıq idi, indikilər sadədir. İllər keçəndən sonra məkanlar açıldı, müğənnilər oradan kirayə geyimlər götürdülər. İndi imkanları var alırlar, modelyerlərə tikdirirlər. Amma əsas odur ki, olmayan ərəfədə bunu ilk mən etmişəm”.