Əməkdar artist Nurlan Növrəsli açılış mərasimlərindən birinə xanımla qatılıb.
Axşam.az-ın məlumatına görə, müğənni xanımın fotosunun çəkilməsini istəməyib.
Evlənməklə bağlı suallara isə N.Növrəsli “Planımızda yaxın günlərdə ailə qurmaq var” deyə, cavab verib.
Yaradıcılığından söz açan N.Növrəsli təxirə düşən solo konsertindən danışıb: “Konsertim ilk növbədə səhhətimdə yaranan problemlə bağlı təxirə düşdü. Bir də maddi problemlər var idi. Hər zaman solo konsert verməyə hazıram”.