Rusiyanın Şoçi şəhərində keçirlən “KVN - 2017” festivalı başlayıb.
Festivala Qondarma Dağlıq Qarabağ Respublikasının “С хлебом и солью” (“Duzlu-çörəkli”) komandası da qatılıb. Bu isə Azərbaycanda xoş qarşılanmayıb.
“Parni iz Baku” KVN komandasının keçmiş üzvləri Teleqraf.com vasitəsilə “С хлебом и солью” qrupunun festivalda iştirakına etiraz ediblər.
Cabir İmanov ermənilərin bu addımını pis qarşıladığını deyib: “Təbi ki, Qondarma Dağlıq Qarabağ Respublikasının komandasının festivala qatılmasına pis baxıram”.
Digər KVN üzvü Ələkbər Əliyev də məsələyə münasibət bildirib: “7-8 il əvvəl gənclərdən ibarət Qarabağ komandası yaradılmasını təklif etmişdim. Bunu futbolda etdik və çox uğurlu alındı. Dəqiq vaxt deyə bilmirəm, üç-dörd il əvvəl gənc komandaların biri məni Soçi festivalına dəvət etmişdi. Ənvər Mansurov da orada idi. Onda da belə problem olmuşdu. Dağlıq Qarabağdan komanda çıxış etmək istəyirdi. Biz onların iştirakının qarşısını almaq üçün əlimizdən gələni etdik və buna da nail olduq. Festivala o komanda çıxmamalı idi. Ermənilər hər il bir neçə komanda göndərirlər. Qarabağdan nə isə göstərməyə çalışırlar.
O komanda festivalda çıxış etsəydi, mən çıxış etməzdim. Onların festivala çıxmaması üçün əlimdən gələni edərdim. Təbii ki, bu qeyri-mümkündür. Çünki festivalın rəhbərliyi ilə söhbət edəndə bizə dedilər ki, komandanın haradan gəlməsi və hansı adla çıxış etməsinin bizim üçün fərqi yoxdur”.
Rəqsanə