"Zuhal Topalla" evlənmə proqramında azərbaycanlı qız Naz Mila ilə keçmiş sevgilisi Baha arasında problem yaşanıb.
Teleqraf.vom xəbər verir ki, Əli Əkbərin Naza boyunbağı bağışlaması və rəqs etməsi Bahanı özündən çıxarıb. O əsəbləşərək studiyanı tərk edib. Naz isə Bahadann həyatına müdaxilə etməməsini xahiş edib.
Əli Əkbər Naz ilə münasibətlərinin günü-gündən yaxşı olduğunu və bir-birini sevdiklərini deyib: "Buraya gəldiyim üçün peşman deyiləm. Hər zaman Nazın yanımda olmasını istəyirəm. Üçüncü şəxslərin münasibətimizi korlamasına icazə verməyəcəm".
Rəqsanə