Məşhur sənətçi Hülya Avşarın xalasının evi su altında qalıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşarın xalası Xədicə Kayserilinin Atatürk prospektində yerləşən evi şiddətli yağışdan sonra su altında qalıb.
9 ildir bu vəziyyətdə yaşadığını deyən qadın acınacaqlı halına üsyan edib. O, səlahiyyətli şəxslərə müraciət etdikdə ”Hülya Avşar sizə yeni əşyalar alsın və evinizi təmir etdirsin” kimi komik cavab verildiyini deyib.
Rəqsanə