16 Yanvar 2017 13:49
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum aktyor Tarık Akanın oğlu Barış Üregül evlənib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Barış Üregül ötən gün müğənni Asya Enginlə nikah masasına əyləşib. Toy bir müddət əvvəl Tarık Akanın ölümüylə təxirə salınmışdı. Bəyoğlunda Pano Sarap evində baş tutan toyda gənc cütlüyü Tarık Akanın yaxın dostları yalnız buraxmayıb.

Barış Üregül atasının ölümündən kədərləndiyini deyib: “Atamın da toyumu görməsini istərdim. Bu məkanı onun sağlığında birlikdə tutmuşduq. Ona toyu görmək nəsib olmadı”.

Tarık Akan 2016-cı il sentyabrın 16-da ağ ciyər xərçəngindən dünyasını dəyişib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər