Uludağda səhnəyə çıxan məşhur pop ifaçısı Hande Yener şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Hande Yener özündən 12 yaş kiçik nişanlısı Ümit Cem Şenola istehza edən Elif Güvendik və Helin Avşarın cavabını verib: “Səhər proqramlarındakı tənqidə açığam. Amma istehza və aşağılamağı qəbul etmirəm. Onlara ən gözəl cavabı mətbuat vasitəsilə verirəm. Çünki onları bu qədər sadə mövzulara görə, dava açaraq məhkəmələrlə məşğul etmək istəmirəm. Onlara ən gözəl cavab öz silahlarıyla vurmaqdır. Əslində, bunlar məni əsəbiləşdirmir, güldürür”.
Hande Yener jurnalistlərin "Nə zaman evlənəcəksiniz?" sualına isə belə cavab verib: "Toyumuz da nişanımız kimi olacaq. Gözləmədiyin anda nişanlanmaq çox gözəldir. Özümü gənc qız kimi hiss edirəm”.
Rəqsanə