17 Yanvar 2017 13:19
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un "Üçü birində" layihəsinin növbəti qonağı müğənni, biznes ledi Ruhi Əliyevadır.

- Ən son oxuduğunuz kitab?

- Hazırda Məhəmməd peyğəmbərin həyatına həsr edilən kitab oxuyuram. Düzü, kitab türk dilində yazıldığı üçün bir az çətinlik çəkirəm. Bir neçə il öncə çox dəyər verdiyim bir insan Məhəmməd peyğəmbərin həyatından danışdı və kitabı oxumağımı tövsiyə etdi. Mənə çox maraqlı gəldi deyə Türkiyəyə gedəndə o kitabı aldım. Ondan əvvəl "Çərpələng uçuran" kitabını oxumuşam. Əvvəllər isə "Kınalı yapıncak", "Çalı quşu", "Nar çiçəyi" və s. bu tipli kitabları oxuyurdum.

11-ci sinifdə oxuyanda rəhmətlik atamın kitablarını gizli-gizli oxuyurdum. Artıq elə romanlar, insanı öz dünyasına aparan, duyğulandıran kitablar yoxdur. Onları yenidən oxumaq istəyirəm.

İndi yazıçılar həqiqətləri, real hadisələri yazmaqdan çəkinirlər. Əvvəllər insanlar çox saf idilər. Rejissor da, yazar da hadisəni olduğu kimi göstərməyə çalışırdı. İndi insanlar hər şeyə ehtiyat edir. Ona görə də müasir əsərlərdən ürəyimə yatan kitab yoxdur. Onu deyim ki, "Möhtəşəm yüz il"in kitabını oxudum. Serialdakı hadisələr kitabdakından fərqlidir.

Tarixi hadisələri əks etdirən əsərləri çox sevirəm. Bir söz deyəcəm, gülməyin: Bir il əvvəl "Çalı quşu"nu oxudum. Vərəqləri cırılıb, bəzi hissələri pozulub. Buna baxmaraq, yenidən oxumaq istəyirəm. Mamamdan xahiş eləmişəm rayondakı evimizdən o kitabı gətirsin.

- İzlədiyiniz film?

- "Kara sevda" və "Eskiya dünyaya hükümdar olamaz" seriallarını izləyirəm. Çünki o seriallarda real həyatda baş verən hadisələri görürəm. Ona görə də maraqlı gəlir. Filmə gəlincə (düşünür) adını xatırlamıram.

- Dinlədiyiniz musiqi?

- Bu gün maşında Gökçe Kılınçerin "Yalan" mahnısını dinləmişəm. Çox dəhşətli mahnıdır. Sizə də dinləməyi məsləhət görürəm.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər