Türk ifaçısı ilə iş birliyinə başlayan xalq artisti “Azərbaycan” mahnısına yeni nəfəs verəcəklərini bildirib
Şou-biznes Ötən günlərdə yenidən Türkiyəyə yollanan xalq artisti Aygün Kazımova türkiyəli məşhur bəstəkar-müğənni Mustafa Ceceli ilə iş görüşməsi keçirib.
Yeni mahnılar və klipləri ilə tamaşaçılarının qarşısına çıxacağını bildirən ifaçı yeni işlərinə start verib. A.Kazımova, müğənnilik ilə yanaşı aranjemançı kimi də özünü tanıtmağı bacaran M.Ceceli ilə işbirliyinə başlayıb. Ötən gün səs yazma studiyasında görüşən müğənnilər Aygünün bir il əvvəl oxuduğu “Azərbaycan” mahnısına yeni nəfəs verəcək.
Musrafa ilə birlikdə olan fotosunu paylaşan xalq artisti daha sonra ətraflı məlumat verib. O bildirib ki, M. Cecelinin adıgedən mahnının üzərində yeni aranjeman işlərinin aparır.
Qeyd edək ki, mahnının sözləri Cəlal Qurbanova, musiqisi Hikmət Mirməmmədliyə məxsusdur.