17 Yanvar 2017 23:25
1 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı müğənni Byanka hakim qarşısına çıxacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb "Warner Music Russia" şirkətinin ifaçı ilə bağlı məhkəməyə müraciət etməsi olub.

Məlumatlara görə, müğənni 2012-ci ildə şirkətlə bağladığı müqaviləsini pozub. O, şirkətin icazəsi olmadan Rusiya, Qazaxıstan, Azərbaycan və Almaniyada 57 konsert keçirib.

Şirkət müqavilənin pozulması ilə əlaqədar ifaçıdan məhkəmə yolu ilə 8 milyon rubl (242 min AZN) almaq niyyətindədir.

Elvin


Müəllif:

Oxşar xəbərlər