18 Yanvar 2017 11:21
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Receb İvedik-5” filminin boks səhnəsindəki kadr qalmaqalı bitmək bilmir.

Teleqraf.com xəbər verir ki, Şahan Gökbakar instaqram səhifəsində azərbaycanlılar tərəfindən tənqidə məruz qaldığını yazıb: “Mən filmimdə 8 ölkəylə mübarizə aparıram. Rusiyadan Çinə, Yunanıstandan Ukraynaya. Azərbaycanı da filmimə əlavə etdim və qardaşlıq mesajı verdim. Amma haqqım olmadığı halda tənqid, böhtan, aşağılanmaya məruz qaldım. Mən də insanam, mənim də bir ailəm var. Bu film Avropa ölkələrinin bir çoxunda rekord sayda izlənir. "Ölkəmizlə qardaşlıq mesajı verdin" deməkdənsə, "Niyə vurdun?" deyirlər. Boksda vurmaq yoxdur? Düzünü deyim ki, çox incidim”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər