19 Yanvar 2017 18:00
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Victoria's secret"in ulduzları Bella Hadid və Kendal Cenner evlərinə gedərkən hücuma məruz qalıblar.

Axşam.az xarici KİV-ə istinadla xəbər verir ki, dostları ilə birlikdə yeməyə gedən modellər məkandan çıxarkən bir qadın onların yolunu kəsib. Hücum edən qadın əlindəki Fələstin bayrağını zorla Bellaya vermək istəyib, lakin model bayrağı qəbul etməyib.

Modellər mühafizəçilərin köməyi ilə avtomobillərinə əyləşiblər.

Hadisə yerinə gələn polis qadını həbs etsə də sonradan azadlığa buraxılıb.

Qeyd edək ki, Bella Hadid Fələstin əsilli modeldir.


Müəllif:

Oxşar xəbərlər