Aktyor və rejissor Mel Gibsonun doqquzuncu övladı dünyaya gəlib.
Teleqraf.com xəbər verir ki, “People” 61 yaşlı artistin nümayəndəsinə istinadən belə bir məlumat yayıb.
Oğlan yanvarın 20-də Los-Ancelesdə dünyaya gəlib. Ona Lars Cerard adı verilib. Uşağın anası M.Gibsonun iki ildir görüşdüyü Rozalind Rossdur. Mənbənin sözlərinə görə, artist xoşbəxtlikdən özünü “göyün yeddinci qatı”nda hiss edir. “Onlar evdədirlər, hamı sağlam və xoşbəxtdir”, deyə mənbə bildirib.
“Qazeta.ru” yazır ki, son illərdə Gibsonun həyatı qanqaraldıcı qalmaqallarla keçir. O, nadir hallarda çəkilişlərdə olur. Ancaq 2016-cı il “Oskar” mükafatı laureatı böyük kinoya İkinci dünya müharibəsi zamanı – 1945-ci ildə baş vermiş Okinava döyüşündən bəhs edən “Vicdanla mülahizə” hərbi dramı ilə qayıtmağı bacarıb.
Səxavət