24 Yanvar 2017 15:44
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynovun sosial şəbəkə hesabından dəbdəbəli həyatını əks etdirən yeni paylaşımı təqibçilərinin böyük marağına səbəb olub.

Teleqraf.com verir ki, Zamiq "Falcon 2000" təyyarəsində çəkdirdiyi fotosunu paylaşaraq bugünkü var-dövlətinin uşaqlıqdan çəkdiyi əziyyətin bəhrəsi olduğunu deyib: "Qarabağlı... Çoxları deyir: "Zamiq keyf edir. Varın-dövlətin içində". Siz bilirsiz bəs Zamiq nə çəkib uşaqlıqdan, hə? 11 yaşında Fizulidən gələndən metro qabağında qələm satıb ailəsini dolandıran insandır. 10 yaşından atasından bir qəpik belə almayan bir insan haqqında nece belə deyə bilirsiz? - "Zamiq keyf edir". Əgər bu gün yaxşıyamsa, o günlərin zəhməti var. Allah xalqımızı daimi uca eləsin. Zamiq bu pilləyə onların, yəni sizlərin sayəsində gəlib. Qucaq dolusu sevgilərlə, sizin Zamiq".


Müəllif:

Oxşar xəbərlər