Mərhum müğənni Maykl Ceksonun qızı Peris Cekson "Rolling Stone" dərgisinə müsahibə verib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, müsahibəsində atasının öldürüldüyünü iddia edib.
"Atam ona təzyiq göstərən şəxslər haqqında arabir ipucları verirdi. Elə bir zaman gəlmişdi ki, üzündə sanki, "Onlar bir gün məni öldürəcəklər" ifadəsi vardı. Dediklərim axmaqca görünə bilər, amma bunu onun ən yaxın pərəstişkarları da, ailəmiz də bilirdik. Atam planlı şəkildə öldürülüb".
Paris atasının ölümündə həkimi günahlandıraraq, onun arxasında başqa şəxslərin də olduğunu iddia edib.
Xatırladaq ki, müğənninin 2009-cu ildə infarkt keçirərək dünyasını dəyişməsinə ölümcül bir dərmanın səbəb olduğu əsas göstərilmiş və həkimi Konrad Murraya 4 il həbs cəzası verilmişdi.
Peris həmçinin 14 yaşında olarkən təcavüzə məruz qaldığını və bundan sonra dəfələrlə intihar etmək istədiyini bildirib.
Qeyd edək ki, onun ailəsindən gizli saxladığı təcavüz hadisəsi 2013-cü ildə bir xəstəxanada müayinə olunduqdan sonra ortaya çıxmışdı.